Musiqisevərlərə hər zaman yeniliklərlə sürpriz edən Murad Arif,
bu dəfə sevilən klassik əsərə fərqli nəfəs gətirib.
Sənətçi, “Nazəndə sevgilim” mahnısını süni intellekt texnologiyası ilə ekranlaşdıraraq tamaşaçılara təqdim edib.
Musiqisi görkəmli bəstəkar Andrey Babayevə,sözləri isə tanınmışşair İslam Səfərliyə aid.
Olan əsərin yeni aranjimanı Nərgiz Əliyeva tərəfindən işlənib.
Mahnının ekran həyatı isə rejissor Anar Yusubun süni zəka vasitəsilə hazırladığı klip ilə tamamlanıb.
Video işində Murad Arif və həyat yoldaşının obrazları xüsusi təsvir olunub.
Qeyd edək ki, əsərin yeni versiyası artıq bütün rəqəmsal platformalarda
dinləyicilərin ixtiyarına verilib və qısa müddətdə böyük maraq toplayıb.
Musiqisevərlərin böyük marağına səbəb olan bu layihə tezliklə KNMusicTV ekranlarında da təqdim olunacaq.
Beləliklə, tamaşaçılar sevilən “Nazəndə sevgilim” əsərinin süni zəka ilə
hazırlanan müasir ekran həyatını yüksək keyfiyyətdə izləmək imkanı qazanacaqlar.
KNMusicTV hər zaman ən son musiqi trendlərini, klassik əsərlərin yeni nəfəsini və sənətçilərin
maraqlı layihələrini tamaşaçılarına təqdim etməyə davam edir.