KN MUSICTV artıq öz sözünü deyir: Türk dünyasının mədəniyyət səsi yüksəlir
Türk dünyasının ortaq mədəni dəyərlərini, musiqisini və irsini bir araya gətirmək məqsədilə fəaliyyət göstərən KN MUSICTV, bu gün beynəlxalq media məkanında öz sözünü deyən platformalardan birinə çevrilmək yolunda inamla irəliləyir.
Kanalın rəhbəri Kənan Hüseynov bildirib ki, 2021-ci ildə bir xəyal kimi başlayan bu layihə artıq 2025–2026-cı illərdə real media missiyası kimi fəaliyyətini davam etdirir:
“Bizim üçün KN MUSICTV sadəcə bir televiziya kanalı deyil. Bu, Türk dünyasının mədəniyyətini, ruhunu və ortaq tarixini yaşadan bir missiyadır. Məqsədimiz maddi qazancdan daha çox, Türk xalqları arasında mədəni körpü qurmaqdır.”
Kənan Hüseynov vurğulayıb ki, kanal təkcə Azərbaycan və Türkiyə musiqisini deyil, bütün Türk xalqlarının sənətini və mədəniyyətini eyni platformada təqdim etməyi hədəfləyir. Onun sözlərinə görə, Türk dünyası dili, ruhu və tarixi ilə bütöv bir mədəni coğrafiyadır və bu birliyin media sahəsində də əks olunması vacibdir.
KN MUSICTV hazırda rəqəmsal platformalarda fəaliyyət göstərir və gələcək hədəflər arasında yayım coğrafiyasını genişləndirmək, daha böyük auditoriyaya çatmaq və Türk dünyasının ortaq media platformasına çevrilmək var.
Kənan Hüseynov qeyd edib ki, dünyada müxtəlif mədəni birliklərin öz beynəlxalq platformaları mövcuddur. Məsələn, Avropanın Eurovision Song Contest kimi musiqi layihəsi var. O bildirib ki, Türk dünyası da zəngin mədəniyyətini vahid media platformasında birləşdirmək potensialına malikdir.
“Əgər biz öz mədəniyyətimizi və dəyərlərimizi təqdim etməsək, bunu kim edəcək? Bu yol bizim babalarımızdan gələn bir mirasdır. Bu gün biz həmin missiyanı şərəflə davam etdiririk,” – deyə Kənan Hüseynov əlavə edib.
Kanal rəhbərliyi bildirir ki, KN MUSICTV gələcəkdə daha geniş yayım imkanları əldə etməyi və Türk dünyasının səsini daha böyük miqyasda dünyaya çatdırmağı qarşısına məqsəd qoyub.
KN MUSICTV – birliyin səsi, mədəniyyətin gücü və gələcəyə uzanan media yoludur.