Musiqi ilə yaşa,KNTV ilə dinlə!

🎙 KN MUSICTV RƏHBƏRİ HÜSEYNOV KƏNAN MÜSLÜM OĞLUNUN MÜRACİƏTİ

Bu gün Türk dünyası üçün yeni bir yol açan, mədəniyyəti, irsi və qardaşlığı bir araya

gətirən bir televiziya kanalının — KN MUSICTV-nin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.

Bizim üçün bu yol sadəcə bir media fəaliyyəti deyil. Bu yol bir missiyadır, bir anddır, bir mədəni irsi yaşatmaq və gələcək nəsillərə ötürmək məsuliyyətidir. Yayım fəaliyyətimiz bu gün uğurla davam edir və biz hər zaman daha irəli getməyi, daha güclü olmağı hədəfləyirik.

KN MUSICTV-də biz təkcə türk və Azərbaycan mahnılarını təqdim etmirik. Biz bütün Türk xalqlarının musiqisini, sənətçilərini və mədəniyyətini eyni ekran altında birləşdiririk. Çünki inanırıq ki, Türk dünyası bir bütövdür — dili, musiqisi, ruhu və tarixi ilə.

Bizim məqsədimiz yalnız maddi qazanc əldə etmək deyil.

Əksinə, əsas məqsədimiz Türk dünyasını birləşdirən, mədəni körpü yaradan bir media platforması qurmaqdır.

Biz istəyirik ki, KN MUSICTV yalnız bir televiziya

kanalı deyil, eyni zamanda böyük bir irsin daşıyıcısı olsun.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, ırğızıstan, Türkmənistan və bütün Türk elləri…
Biz Turanın səsi olmaq iddiasındayıq. Çünki bu səs tarixdən gəlir, bu gün yaşayır və sabaha yönəlir.

Məqsədimiz böyükdür, amma inancımız daha böyükdür. Biz bu yolda addım-addım irəliləyirik və inanırıq ki, Türk dünyasını birləşdirən bu media missiyasını layiqincə həyata keçirəcəyik.

KN MUSICTV —
Birliyin səsi, mədəniyyətin gücü, gələcəyin yolu…
Və bu yol daim irəli aparacaq!


DİGƏR XƏBƏRLƏR


Hide picture